"Azərbaycanla Çinin ticarət dövriyyəsi 1 milyard dollardan çox olub"

Keçən il Azərbaycanla Çinin ticarət dövriyyəsi 1 milyard 300 min dollar təşkil edib. Bu barədə İqtisadiyyat naziri Şahin Mustafayev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Song Taonun Ələt qəsəbəsindəki yeni Bakı Limanı ilə tanışlığı zamanı deyib.

Nazir bildirib ki, Azərbaycan ilə Çin arasında bütün sahələrdə, o cümlədən iqtisadi sahədə əlaqələr yüksək səviyyədədir. Bu əməkdaşlıq əlaqələrinin nəticəsində iki ölkənin ticarət dövriyyəsi də artmaqdadır. Çin şirkətləri üçün Azərbaycanda əlverişli biznes mühiti mövcuddur.

Bütün xəbərlər Facebook səhifəmizdə