Astarada ikinci çay yığımı başa çatıb

Astara rayonunun çay plantasiyalarında ikinci məhsul yığımı kampaniyası başa çatıb. Astara Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən SIA-nın bölgə müxbirinə verilən məlumata əsasən, rayonda mövcud olan 187 hektar məhsuldar çay sahəsindən indiyədək 197 min 263 kiloqram yaşıl çay yarpağı yığılıb.

İyulun sonlarında rayonun çaybecərənləri üçüncü çay yığımına başlayacaqlar.

Qeyd edək ki, ötən il Astara rayonunda 530,2 ton yaşıl çay yarpağı istehsal olunub. Hər hektardan götürülən məhsuldarlıq 28 sentner təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...