KOB-lar dövlət satınalmaları ilə bağlı məlumatlandırılır

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) sahibkarlar üçün “E-satınalma modelinin tətbiqi” mövzusunda təlimlər keçirilir. KOBİA-dan SİA-ya verilən məlumata görə, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin və Elektron Hökumətin İnkişafı Mərkəzinin iştirakı ilə təşkil olunan təlimlərdə kiçik və orta biznes subyektləri dövlət satınalmalarında iştirak prosedurları, www.etender.gov.az vahid internet portalı və ondan istifadə qaydaları barədə məlumatlandırılır.

Təlimlərdə iştirak etməkdə maraqlı olan kiçik və orta biznes subyektləri müvafiq məlumatları (ad, soyad, təmsil etdiyi müəssisə, vəzifəsi və əlaqə telefonu) KOBİA-nın training@smb.gov.az ünvanına göndərməklə təlimlərdə iştirak edə bilərlər.

Dövlət satınalmalarında iştirak prosedurları barədə KOB-ların məlumatlandırılması istiqamətində təlimlər və digər maarifləndirici tədbirlər KOBİA tərəfindən davam etdiriləcəkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...