FAO məsləhətləşmə toplantısı keçirib

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) AR Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Kredit və İnkişaf Dövlət Agentliyiilə birgə qoyunçuluq sektorunun inkişafı üzrə maraqlı tərəflərin məsləhətləşmə toplantısını təşkil edib. SİA xəbər verir ki, tədbirin əsas məqsədi qoyunçuluğun dəyər zənciri iştirakçılarını fəal şəkildə cəlb etməklə, dəyər zəncirinin bütün pillələrindəki məsələləri müzakirə etmək, bu sahədəki imkanları və məhdudiyyətləri ətraflı şəkildə başa düşmək və bu sahənin çox şaxəli inkişafına şərait yaratmaq məqsədi daşıyır.

Seminar zamanı tədbir iştirakçılarına FAO-nun Dəyər Zənciri üzrə Beynəlxalq Məsləhətçisi xanım Mita Puncabi tərəfindən Azərbaycanda qoyunçuluq sahəsi üzrə təhlilin nəticəsi üzrə təqdimat keçirilib.

Toplantıda Kənd Təsərrüfatı Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi, digər dövlət müəssisələr, assosiyasıyalar, beynəlxalq təşkilatlar və özəl sektor nümayəndələri, fermerlər, həmçinin FAO-nun beynəlxalq mütəxəssislər iştirak edib.

Qeyd edək ki, iclasAzərbaycan hökümətitərəfindən maliyyələşdirilən və FAO-Azərbaycan Tərəfdaşlıq Proqramı çərçivəsində 2018-ci ilin dekabr ayından icra olunan "Qoyunçuluğun davamlı inkişafı və ərzaq məhsullarının istehsalı üzrə dəyər zəncirinin yaradılması”layihəsi çərçivəsində təşkil olunmuşdur. Layihə çoxaltma və yemləmə strategiyalarının hazırlanması, heyvan sağlamlığı və transsərhəd xəstəliklərin idarəsi sahəsində mövcud olan çətinlikləri həll etmək, məhsulun bazar tələbatına əsasən hazırlanmasını təmin etmək üçün qoyunçuluq üzrə dəyər zəncirinin fəaliyyətini dayanıqlı şəkildə inkişaf etdirmək məqsədini daşıyır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə