Bakı Metropoliteni ötənilki gəlirini açıqlayıb

2018-ci ildə “Bakı Metropoliteni” QSC-nin ümumi gəlirləri 108 milyon 749,4 min manat olub. SİA xəbər verir ki, bu barədə QSC-nin Maliyyə departamentinin rəisi Fərhad İbrahimov deyib.

O bildirib ki, gəlirlərin 54 milyon 186,3 min manatı sərnişindaşıma, 48 milyon 800 min manatı dövlət büdcəsindən ayrılan subsidiya, 2 milyon 876,4 min manatı reklam yayımı, 2 milyon 886,7 min manatı isə digər daxilolmalar hesabına formalaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə