“Azərenerji” elektrik xətlərinin mühafizə zonası ilə bağlı xəbərdarlıq videoçarxı yaydı VİDEO

“Azərenerji” elektrik xətlərinin mühafizə zonası ilə bağlı xəbərdarlıq videoçarxı yayıb.

SİA-nın məlumatına görə, qurumun yaydığı videoçarxda deyilir ki. yüksəkgərginlikli elektrik xətlərinin keçdiyi ərazilərdə məftillərdən hər iki tərəfə 110 kV-luq xətlərdə 20 metr, 220 kV-luq xətlərdə 25 metr, 330 və 500 kV xətlərdə 30 metr məsafədə tikinti aparmaq, əraziləri çəpərləyib hərəkəti məhdudlaşdırmaq, xətlərin altında yem, saman, odun yığmaq, ocaq və ya tonqal qalamaq, tarla və zəmiləri, o cümlədən taxıl sahələrini biçindən sonra yandırmaq qanunla qadağandır.

Xətlərin altında ocaq, otlaq və ya əkin sahəsini yandırmayın ki, həyatınız və işığınız sönməsin.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...