DSK sədri Avropa Statistikləri Konfrasında iştirak edir

26-28 iyun 2019-cu il tarixlərində Fransanın paytaxtı Parisdə Avropa Statistikləri Konfransının 67-ci plenar sessiyası keçirilir. Konfransda ölkəmizi Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov təmsil edir. SİA Dövlət Statistika Komitəsinin məlumatına istinadən xəbər verir ki, Konfrans rəsmi statistikanın modernizasiyası istiqamətində yeni çağırışlar və qarşıya çıxan problemlərin həlli yolları, rəsmi statistika məqsədləri üçün yeni məlumat mənbələrinin və imkanların müəyyənləşdirilməsi, informasiya sistemlərinin idarə olunmasına yanaşmalar, dayanıqlı inkişaf məqsədləri ilə müəyyən edilmiş hədəflər üzrə statistik məlumatların əldə edilməsi üçün yol xəritələrinin hazırlanması və digər mühüm məsələlərin müzakirəsinə həsr edilib.

Sessiyada həmçinin işçi qruplar və ekspertlər tərəfindən statistikanın ayrı-ayrı sahələri üzrə aktual məsələlərə həsr edilmiş məruzələr təqdim edilib, BMT-nin Avropa İqtisadi Komissiyasının 2018 və 2019-cu illər üzrə Statistika Proqramının icra vəziyyəti, habelə 2020-ci il üzrə qarşıya qoyulmuş vəzifələri və əldə ediləcək nəticələri əhatə edən növbəti proqram haqqında məlumat verilib.

Səfər zamanı Dövlət Statistika Komitəsi ilə tərəfdaş ölkələrin statistika qurumları arasında mövcud əlaqələrin genişləndirilməsi və qarşılıqlı əməkdaşlıq perspektivlərinin müzakirə edilməsi də nəzərdə tutulub.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...