ABŞ səfiri: "Azərbaycan gömrüyü bir uğur hekayəsidir"

"Azərbaycan gömrüyü bir uğur hekayəsidir." AZƏRTAC xəbər verir ki, bu sözləri Amerika Birləşmiş Ştatlarının (ABŞ) ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Örl Litzenberqer Azərbaycan gömrüyü ilə bağlı fikirlərini bölüşərkən deyib.

O bildirib ki, strateji müttəfiq kimi ABŞ hökuməti Azərbaycanla əməkdaşlığa çox böyük önəm verir, Səfir iki ölkə arasında istər siyasi, istərsə də iqtisadi münasibətlərin, eləcə də ölkələrimizin gömrük qurumlarının əməkdaşlığının hazırkı durumundan razılığını ifadə edib.

“Azərbaycan gömrüyü bir uğur hekayəsidir”, – deyə sözünə davam edən amerikalı diplomat ölkəmizin gömrük sistemində həyata keçirilən islahatlardan, şəffaflığın təmin edilməsi, ticarətin asanlaşdırılması, qaçaqmalçılığa, xüsusilə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə, beynəlxalq tranzitin inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən danışıb, qısa müddətdə əldə edilən bu uğurları yüksək qiymətləndirib.

Bütün xəbərlər Facebook səhifəmizdə