Bərdə rayonunda taxıl biçini uğurla davam edir. Biçinin vaxtında və itkisiz başa çatdırılması üçün bütün qüvvələr səfərbər olunub. Rayon statistika idarəsindən SİA-nın bölgə müxbiri xəbər verir ki, bu günədək taxıl sahələrinin 9232 hektarında biçin aparılıb, 39 min 428 ton məhsul əldə edilib. Hər hektardan orta məhsuldarlıq buğda zəmilərində 44,2 sentner, arpa sahələrində isə 38,9 sentnerdir.

Bərdə torpaq mülkiyyətçiləri bu mövsümdə 11 min 573 hektar sahədə taxıl bitkiləri becəriblər. Onun 9005 hektarı buğda, 2568 hektarı arpa əkinləridır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...