Naxçıvanda informasiya və rabitə xidmətlərinin dəyəri 21,5 milyon manatı ötüb

Bu ilin yanvar-may aylarında informasiya və rabitə xidmətlərinin dəyəri 21 milyon 525 min manat olub.

SİA Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinə istinadən bildirir ki, bu da ötən ilin müvafiq dövründəki göstərici ilə müqayisədə 3,8 faiz çoxdur.

Hesabat dövründə mobil rabitə xidmətinin dəyəri isə 17 milyon 111 min manat təşkil edib və bir il öncəki göstəriciyə nisbətdə 1,7 faiz artıb.

Bütün xəbərlər Facebook səhifəmizdə