Hindistanın Azərbaycandakı səfiri “Yaşıl çay” fermer təsərrüfatında olub - FOTOLAR

Hindistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Vanlalvavna Bavitlunq və xanımı Lənkərana iki günlük səfərləri çərçivəsində bu gün “Yaşıl çay” fermer təsərrüfatında olublar. SİA-nın bölgə müxbirinin məlumatına görə, hörmətli qonaqları təsərrüfatın rəhbəri Araz Yağubov qarşılayıb və rəhbərlik etdiyi müəssisə barədə ətraflı məlumat verib.

Araz Yağubov son illər aqrar sahənin inkişaf istiqamətində görülən işlər,təsərrüfatın inkişaf dinamikası, həyata keçirilən yenilklər barədə ətraflı məlumat verib, gələcək planları barədə söz açıb. Bildirib ki, indiyədək 70 hektarda çay plantasiyası, 5 hektarda sitrus bağı və 2 hektara yaxın sahədə çin mənşəli tut plantasiyası salınıb. Təsərrüfatın çay emalı və qablaşdırıcı sexində tam orqanik məhsullar istehsal edilir. 2 ildir təsərrüfatda yüksək keyfiyyətli yaş barama istehsal edilərək təhvil verilir. Bir sözlə, dövlətimizin yaratdığı münbit şərait və daxili imkanlar hesabına çoxprofilli nümunəvi bir müəssisə yaradılıb.

Səfir Vanlalvavna Bavitlunq səmimi qarşılanmaya və maraqlı məlumata görə Araz Yağubova minnətdarlıını bildirib, çayçılıq sahəsində əməkdaşlığın mümkünlüyünü qeyd edib.

Görüşün sonunda xatirə hədiyyələri təqdim edilib və şəkillər çəkilib.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə