İqtisadiyyat naziri və müavinləri vətəndaşları qəbul edəcəklər

İqtisadiyyat naziri Şahin Mustafayev 21 iyun 2019-cu il tarixində, saat 11:00-dan etibarən Ağcabədidə (ünvan: Ağcabədi şəhəri, Heydər Əliyev prospekti, 213A, Yeni Azərbaycan Partiyasının Ağcabədi rayon təşkilatının inzibati binası) Laçın və Ağcabədi rayonlarından olan vətəndaşları qəbul edəcək.

İqtisadiyyat Nazirliyindən SİA-ya verilən məlumata görə, həmin gün İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov saat 11:00-dan etibarən Ağdamda (ünvan: Ağdam rayonu, Quzanlı qəsəbəsi, Heydər Əliyev Mərkəzi) Bərdə və Ağdam rayonlarından olan vətəndaşları, nazir müavini Sahib Məmmədov isə Tərtərdə (ünvan: Tərtər şəhəri, Heydər Əliyev prospekti, Gənclər Mərkəzinin binası) saat 11:00-dan başlayaraq Naftalan şəhəri və Tərtər rayonundan olan vətəndaşları qəbul edəcək.

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyat üçün İqtisadiyyat Nazirliyinin office@economy.gov.az elektron poçt ünvanı və 493-14-56, 310-28-00 (daxili 21-79) və (055) 245-00-28 nömrəli telefonlar (əlaqələndirici şəxs Elşən Abbaszadə), Nazirliyin 195-2 Çağrı Mərkəzi, həmçinin Ağcabədidə keçiriləcək qəbul üçün Nazirliyin Aran regional bölməsi (ünvan: Yevlax şəhəri, Bakı prospekti, 5, İnzibati bina, əlaqələndirici şəxs Elbrus Hüseynov, əlaqə telefonu: 022-337-82-81, mobil (055) 206 88 52, elektron poçt ünvanı: elbrus.huseynov@economy.gov.az) vasitəsilə, Ağdam və Tərtərdə keçiriləcək qəbul üçün Nazirliyin Yuxarı Qarabağ regional bölməsi (ünvan: Horadiz şəhəri, Heydər Əliyev prospekti, 7, İnzibati bina, əlaqələndirici şəxs Aslan Aslanov, əlaqə telefonu: (026) 315 50 01, mobil (050) 235 01 06, elektron poçt ünvanı: aslan.aslanov@economy.gov.az) vasitəsilə müraciət edə bilərlər.

Bununla yanaşı, vətəndaşlar Nazirliyin internet səhifəsində xüsusi olaraq yaradılmış "İqtisadiyyat nazirinin şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət" bölməsi və facebook vasitəsilə də qəbula yazıla bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə