Bakıda QDİƏT PM-nin Baş Assambleyasının 53-cü iclası keçirilir

Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Məclisinin Baş Assambleyasının 53-cü iclası keçirilir. SİA xəbər verir ki, qurumun iqtisadiyyat, ticarət, texnologiya və ekologiya, mədəniyyət, təhsil və sosial, eləcə də hüquqi və siyasi məsələlər komitələrinin toplantılarında müzakirə ediləcək mövzular sessiyanın gündəliyinə daxildir.

Üzv ölkələrin nümayəndə heyətləri ilə yanaşı, beynəlxalq qurumların təmsilçiləri, ayrı-ayrı dövlətlərin parlamentlərinin müşahidəçi qrupları toplantıda iştirak edir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə