Bu il 51,8 milyon dollarlıq elektrik enerjisi ixrac edilib

Azərbaycan elektrik enerjisinin ixracının həcmini artırıb. Dövlət Gömrük Komitəsindən (DGK) SİA- bildirilib ki, yanvar-may aylarında ölkədən 1 milyard 210 milyon 691 min kilovat/saat elektrik enerjisi ixrac olunub. İxrac olunan elektrik enerjisinin dəyəri 51 milyon 874 min ABŞ dolları təşkil edib.

Xatırladaq ki, keçən ilin eyni aylarında Azərbaycandan 1 milyard 129 milyon 801 min kilovat/saat elektrik enerjisi ixrac edilmiş, həmin ixracın dəyəri isə 53 milyon 328 min dollar olmuşdu.

Bütün xəbərlər Facebook səhifəmizdə