Bu il ölkədən 3,7 milyard dollarlıq xam neft göndərilib

SOCAR və Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) məlumatlarına əsasən, cari ilin yanvar-mart aylarında Azərbaycandan 8 milyon 177 min ton xam neft ixrac edilib. SİA Dövlət Statistika Komitəsinin məlumatına istinadən xəbər verir ki, üç ayda ixrac edilən neftin dəyəri isə 3 milyard 694 milyon 675 min ABŞ dolları olub.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə