Sərgidə Azərbaycan süni intellekt "Aliyə"ni təqdim edəcək

26-cı Beynəlxalq “Xəzər Neft və Qaz” sərgisində 34 ölkədən 290 şirkət iştirak edəcək. SİA xəbər verir ki, bunu "İteca Caspian"ın baş direktoru Fərid Məmmədov deyib.

Onun sözlərinə görə, iştirakçıların 24 faizi ilk dəfədir sərgidə iştirak edir: "Onların əksəriyyəti yerli şirkətlərdir. Bu il sərginin 29 sponsoru var. Sərgiyə maraq ildən-ilə artır. Debütantlar arasında Çin, Rusiya, Almaniya şirkətləri də yer alib. Onlar öz milli pavilyonlari ilə təmsil olunacaqlar. Stendlərdə neft qaz avadanlıqları, sistem xidmətləri, innovativ avadanlıqlar sərgilənəcək".

F.Məmmədov deyib ki, sərgi yeni texnologiyalarla tanış olmaq üçün və işgüzar əlaqələr qurmaq üçün olduqca önəmlidir:
"Bu il konfransın əsas yeniliyi konfransın mobil əlavəsinin işə düşməsi ilə bağlıdır. Bu mobil əlavə vasitəsi ilə spikerlərə sual vermək mümkün olacaq. Bundan başqa sərgidə SOCAR-ın yeni layihəsi təqdim olunacaq. Bu, süni intellekt "Aliyə" layihəsidir".

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...