Türkiyə 22 adda ABŞ mallarına rüsumu iki dəfə azaldıb

Türkiyə 22 adda ABŞ mallarına rüsumu iki dəfə azaldıb. SİA Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, bu addım Amerika tərəfinin türk poladına rüsumun azaltmasına cavab olaraq atılıb.

“Mayın 17-də ABŞ hökuməti Türkiyə poladına rüsumu iki dəfə - 25 faizədək azaltmaq haqqında qərar qəbul edib. Biz ABŞ-dan idxal olunan 22 növ mala qoyulan əlavə rüsumu qarşılıqlı əsasda iki dəfə aşağı salmağı qərara almışıq. Bu qərara əsasən Amerika mallarının rüsumu 521,2 milyon dollardan 260,6 milyon dolaradək azalacaq”, - Türkiyənin ticarət naziri Ruhsar Pekcan Twitter səhifəsində belə yazıb.

Bütün xəbərlər Facebook səhifəmizdə