Ticarət əməliyyatlarının həcmi 11,6 milyard dollardan yuxarıdır

Cari ilin yanvar-aprel aylarında Azərbaycanda ticarət əməliyyatlarının həcmi ümumilikdə 11 milyard 639 milyon 281 min ABŞ dolları təşkil edib. SİA Dövlət Gömrük Komitəsinin (DGK) məlumatına istinadən xəbər verir ki, ticarət əməliyyatlarının ümumi həcminin 4 milyard 549 milyon 421 min dolları idxalın, 7 milyard 89 milyon 959 min dolları isə ixracın payına düşüb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə