Sahibkarlıq sahəsində aparılan yoxlamalar dayandırılıb, amma... TƏKLİF

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanuna dəyişiklik təklif edilir. SİA-nın məlumatına görə, dəyişiklikləri nəzərdə tutan qanun layihəsi Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasının gündəliyinə daxil edilib.

Prezident İlham Əliyevin təqdimatı ilə parlamentə daxil olan qanun layihəsi yanğın nəzarəti, təhlükə potensiallı obyektlərin və dağ-mədən sahələrinin təhlükəsiz istismarına nəzarət və radiasiya təhlükəsizliyinə nəzarət sahəsində yoxlamaların aparılmasına tətbiq edilən məhdudiyyətin aradan qaldırılmasını nəzərdə tutur.

Hazıda qüvvədə olan qanuna əsasən ölkədə sahibkarlıq sahəsində aparılan yoxlamalar 2021-ci ilin yanvarın 1-dək dayandırılıb. Lakin insanların həyat həyat və sağlamlığının qorunması, dövlətin təhlükəsizliyinin və iqtisadi maraqlarının müdafiəsi məqsədi ilə adıçəkilən qanunun 2.1-ci maddəsində göstərilən hallarda yoxlamaların həyata keçirilməsinə yol verilir.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...