4 ayda 224,8 milyon manatlıq hazır metal məmulatı istehsal olunub

Bu ilin yanvar-aprel aylarında metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində 224,8 milyon manatlıq məhsul istehsal edilib. SİA Dövlət Statistika Komitəsinin məlumatına istinadən xəbər verir ki, hazır metal məmulatlarının istehsalı sahəsində 4,8 faiz artım, metallurgiya sənayesində 16,7 faiz azalma müşahidə olunub.

Həmin dövr ərzində sahə üzrə 4418,1 ton (72,6 faiz çox) qara metallardan digər konstruksiyalar, 13,1 min ton (17,1 faiz çox) emal edilməmiş alüminium ərintiləri istehsal edilib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə