Son 4 ayda tikinti materiallarının istehsalı 5 faiz artıb

Bu ilin yanvar-aprel aylarında tikinti materiallarının istehsalı sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən istehsal edilmiş məhsulun ümumi dəyəri 5 faiz artaraq 240,1 milyon manat təşkil edib.

SİA Dövlət Statistika Komitəsinin məlumatına istinadən xəbər verir ki, bu müddət ərzində tikinti kərpicinin istehsalı 69,8 faiz, tikinti əhənginin istehsalı 41,5 faiz, hörmə üçün hazır beton qarışığının istehsalı 11,7 faiz, sementin istehsalı 5,2 faiz artıb, betondan yığma tikinti konstruksiyalarının istehsalı 52,5 faiz, tikinti gipsinin istehsalı isə 61,8 faiz azalıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə