Əhalinin gəlirləri 17 milyard manatı ötüb

Yanvar-aprel aylarında ölkə əhalisinin gəlirləri əvvəlki ilin müvafiq dövrünə nisbətən nominal ifadədə 5,5 faiz artaraq 17 milyard 72 milyon manata çatıb. SİA Dövlət Statistika Komitəsinin məlumatına istinadən xəbər verir ki, bildirilib ki, əhalinin hər nəfərinə düşən gəlirlər 1729 manat olub.

Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 15 milyard 660,9 milyon manatlıq vəsait qalıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə