Metrologiya İnstitutunun Keyfiyyəti İdarəetmə sistemi beynəlxalq səviyyədə tanınıb

Azərbaycan Metrologiya İnstitutunun Keyfiyyəti İdarəetmə sistemi beynəlxalq səviyyədə tanınıb. SİA xəbər verir ki, bu barədə jurnalistlərə müsahibəsində Azərbaycan Metrologiya İnstititutunun baş direktoru Saleh Səmədov deyib.

O bildirib ki, Azərbaycan Metrologiya İnstitutu publik hüquqi şəxs olaraq 2017-ci ildə ləğv edilmiş Dövlət Metrologiya Xidmətinin bazasında yaradılıb. İnstitut ölçmələrin vəhdətinin təmin edilməsi sahəsində dövlətin funksiyalarını həyata keçirən yeganə milli orqandır.

Saleh Səmədov Respublikamızda metrologiya sahəsinin dövlətin daim diqqət mərkəzində olduğunu diqqətə çatdırıb və bu istiqamətdə aparılan islahatlardan danışıb. Qeyd edib ki, institutun Keyfiyyəti İdarəetmə sistemi beynəlxalq səviyyədə tanınıb və bu barədə beynəlxalq ekspertlər qrupu tərəfindən qiymətləndirilərək müvafiq təsdiqedici sənəd təqdim olunub. Bu isə ölkəmizin metrologiya sahəsində əldə etdiyi ən böyük nailiyyətlərdəndir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə