Daşkəsən arıçılarına subsidiya verilib

Respublikamızın əsas arıçılıq rayonlarından olan Daşkəsəndə hazırda 5000 arı ailəsi var. Rayonun əlverişli təbii şəraiti, həmçinin bu rayonun meşə və bitki örtüyünün zənginliyi Daşkəsəndə arıçılığın inkişafına şərait yaradan başlıca amildir.

SİA xəbər verir ki, Nazirlər Kabinetinin 2018-ci il 18 sentyabr tarixli müvafiq qərarı ilə təsdiq edilmiş hər arı ailəsinə 10 manat subsidiya verilməsi məqsədilə rayonda 174 nəfər olmaqla 4141 arı ailəsi kodlaşdırılıb. Aidiyyəti üzrə sənədlər Kənd Təsərrüfatı Nazirliyinə təqdim olunub və həmin arı ailələrinə görə arıçılara 41410 manat subsidiya verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə