Magistral kəmərlərlə təbii qaz nəqli 22 faizədək artıb

Yanvar-aprel aylarında Azərbaycandakı magistral qaz kəmərləri ilə 9 milyard 881,2 milyon kubmetr təbii qaz nəql edilib və əvvəlki ilin eyni dövrünə nisbətən 21,8 faiz artım müşahidə olunub. SİA Dövlət Statistika Komitəsinin məlumatına istinadən xəbər verir ki, 4 ayda qaz nəqlinin 34,4 faizi Bakı-Tbilisi-Ərzurum (Cənubi Qafqaz Boru Kəməri - CQBK) boru kəməri vasitəsilə həyata keçirilib və bu kəmərlə 3 milyard 397,8 milyon kubmetr təbii qaz göndərilib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə