Dörd ayda dövlət büdcəsinin gəlirləri 7,5 milyard manat olub

Maliyyə Nazirliyinin təqdim etdiyi operativ məlumatlara əsasən, bu ilin yanvar-aprel aylarında dövlət büdcəsinin gəlirləri 7 milyard 503,4 milyon manat, xərcləri 7 milyard 220,5 milyon manat təşkil edib. SİA-nın məlumatına görə, Dövlət Statistika Komitəsindən bildirilib ki, büdcənin icrasında 282,9 milyon manatlıq və ya ümumi daxili məhsulun 1,2 faizi qədər profisit yaranıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...