Sahibkarlara 2,3 mlrd. manat güzəştli kredit verilib

Azərbaycan İqtisadiyyat Nazirliyinin nəzdində fəaliyyət göstərən Sahibkarlığın İnkişafı Fondu tərəfindən bu günədək 36 min sahibkarlıq subyektinə ümumi dəyəri 5,5 mlrd. manat olan layihələrə 2,3 mlrd. manat güzəştli kreditlər verilib. SİA xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov “Dayanıqlı İnkişaf Məqsədlərinin icrasında özəl şirkətlərin rolu” mövzusunda təşkil olunan tədbirdə çıxışında deyib.

Nazir müavininin sözlərinə görə, bu maliyyələşdirilmiş layihələrin 1 mlrd. manatı dövlət büdcəsindən ayrılmış vəsaitdir, 1,3 mlrd. manatı isə məhz geri qaytarılan vəsaitlər hesabına təmin olunub.

“Yəni son 3 il ərzində Sahibkarlığın İnkişaf Fonduna dövlət büdcəsindən maliyyələşmə ayrılmır. Bu da o deməkdir ki, real sektora qoyulan investisiyalar öz nəticəsini verməkdədir və geri qaytarılan vəsaitlər növbəti investisiya layihələrin maliyyələşdirilməsinə yönəldilir”, – deyə Sahib Məmmədov qeyd edib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...