Avqust ayında Qarsa qatarla gedə biləcəyik

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu ilə sərnişin daşınmasına avqustda başlanacaq. SİA “Türkiyə Dövlət Dəmir Yolları”na (TCDD) istinadla xəbər verir ki, Bakı-Tbilisi-Qars-Ankara-Bakı xəttində hərəkət edəcək qatar üzrə biletlər sinfinə görə təxminən 97-220 manat arasında dəyişir. İlkin mərhələrə qatarla həftədə səfər təşkil olunacaq.

BTQ dəmir yolu xətti ilə “Azərbaycan Dəmir Yolları” QSC-nin “Stadler” şirkətindən təmin etdiyi 10 ədəd vaqonla sərnişin daşınmasına başlanacaq. Sözügedən vaqonların sərnişin tutumu 257 nəfərdir və qatarda 9 sərnişin vaqonu, bir restoran mövcuddur.

Bütün xəbərlər Facebook səhifəmizdə