"Fermerlərin adları elektron informasiya sisteminə daxil ediləcək"

"Azərbaycanda elektron informasiya sistemi yaradılır. Bu ilin sonunadək bütün fermerlərin adlarının elektron informasiya sisteminə daxil edilməsi hədəf olaraq, müəyyən edilib. SİA-nın məlumatına görə, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında çıxış edən kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova deyib.

Onun sözlərinə görə, kənd təsərüfatında çalışanları elektron alətlərdən istifadə etməyə çağırmalıyıq.

Nazir müavini əlavə edib ki, 2002-ci ildə qəbul edilmiş “Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında” qanun qəbul olunsa da, orada bəzi məsələlər işlək deyildi. Yeni hazırlanan “Aqrar sığorta haqqında” qanunda müştərək sığorta modeli təklif edilir ki, bu da bəzi məsələlərin həllinə yardım edəcək, mexanizm fermerlər üçün daha əlçatan olacaq.

İ.Qədimova əlavə edib ki, aqrar sığorta predmetləri olan kənd təsərrüfatı bitkilərinin adları qanun qəbul edildikdən sonra dövlətin müvafiq qurumları tərəfindən müəyyən ediləcək.

Nazir müavinin sözlərinə görə, “Aqrar sığorta haqqında" qanun qüvvəyə mindikdən sonra fermerlərin maarifləndirilməsini təmin ediləcək.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə