"Kənd təsərrüfatı məhsullarının sığortasına ehtiyac var"

“2002-ci ildə Milli Məclis tərəfindən “Kənd təsərrüfatının sığortası” haqqında qanun layihəsi qəbul olunsa da, illərdir ki bu qanun layihəsi işləmir”. SİA-nın xəbərinə görə, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü Eldar Quliyev komitənin bu gün keçirilən iclasında çıxış edərkən deyib.

“Aqrar sığorta haqqında” yeni qanun layihəsi Prezident İlham Əliyevin imzası ilə Milli Məclisə təqdim olunduğunu deyən komitə üzvü söyləyib ki, digər ölkələrdə olduğu kimi Azərbaycanda da kənd təsərrüfatı məhsullarının sığortasına ehtiyac var: “Bunun üçün ən vacib məsələ maarifləndirmədir. Həm Kənd Təsərrüfatı Nazirliyi, həm də sığorta şirkətlərinin üzərinə böyük məsuliyyət düşür. Bu baxımdan düşünürəm ki, yerlərdə qanun layihəsi ilə bağlı geniş izahat verilməlidir”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə