"Bir kəmər bir yol” layihəsi Azərbaycan üçün nə vəd edir? ŞƏRH-ÖZƏL

“Çin-Azərbaycan iqtisadi dövriyyəsində artımlar müşahidə olunur. Dövlət statistika komitəsinin məlumatına görə, Çin-Azərbaycan arasında ticarət dövriyyəsi 2018-ci ildə 1 milyard 510 milyon dollar olub”. Bunu SİA-ya açıqlamasında iqtisadçı ekspert Vüqar Bayramov deyib.

İki ölkə arasında son 4 ilin ticarət dövriyyəsi ilə bağlı statistik rəqəmləri açıqlayan ekspert burada 2 dəfədən çox artımın olduğunu dilə gətirib.

V. Bayramov bildirib ki, Azərbaycanla Çin arasında ticarət dövriyyəsi 2015-ci ildə 565, 2016-cı ildə 1 milyard 85 milyon, 2017-ci ildə 1 milyard 298 milyon dollar olub: “Bu da təbii ki, iki ölkə arasında ticarət dövriyyəsinin artması və iqtisadi münasibətlərin genişlənməsi anlamına gəlir”.

“Bir kəmər bir yol” layihəsinin həm Azərbaycan, həm də Çin üçün vacib ideyalardan biri olduğunu vurğulayan ekspert söyləyib ki, nəticə etibarı ilə bu həm region ölkələrinin faydalanması, həm də beynəlxalq yüklərin daşınması həcminin artırılması baxımından çox vacibdir.

Onun sözlərinə görə, sözügedən ideyanın reallaşması Azərbaycan üzərindən daşınan beynəlxalq yüklərin həcminin artırılmasına imkan verəcək: “Bu da təbii ki, dövlət gəlirlərimizin artmasına birbaşa təsir göstərəcək. Eyni zamanda layihə nəticə etibarı ilə regionda inteqrasiyanın və əməkdaşlığın güclənməsinə gətirib çıxaracaq. Azərbaycan Gürcüstan, Qazaxıstan artıq vahid tarifin tətbiq edilməsi ilə bağlı razılıq əldə ediblər. Bu da nəticə etibarı ilə “Bir kəmər bir yol” layihəsinin reallaşmasına müsbət təsir göstərəcək. Bu baxımdan layihə Azərbaycanın ideyasının reallaşmasına töhfəsi kifayət qədər geniş olacaq. ABŞ-ın həm Rusiya, həm də İrana sanksiyalarının olduğunu nəzərə alsaq, xüsusilə də statusun dəqiqləşdirildikdən sonra Azərbaycan üzərindən bu kəmərin reallaşması imkanları daha genişdir. Bu baxımdan dəhliz nəticə etibarı ilə ölkələr arasında münasibətlərin yaxşılaşması, bütövlükdə beynəlxalq yükdaşımaların artması nəticəsində region ölkələrinin daha çox faydalanmasına imkan yaradacaq”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...