Baba Rzayevlə Yaponiya səfiri arasında görüş keçirilib

Baba Rzayevin başçılıq etdiyi “Azərenerji” ASC-nin nümayəndə heyəti ilə Yaponiya dövlətinin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Teruyuki Katorinin başçılıq etdiyi nümayəndə heyəti arasında görüş olub. SİA “Azərenerji” ASC-nin məlumatına istinadən xəbər verir ki, “TEPSCO” şirkətinin Baş direktoru Funahashi Nobuyuki və həmin şirkətin Bakıda inşa edilən “Şimal-2” layihəsinin meneceri Sato Mitsuyuki və başqa nümayəndələrin iştirak etdiyi görüşdə əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivləri, o cümlədən yeni generasiya layihələri barədə müzakirələr aparılıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə