İçməli suyun verilməsində məhdudiyyətlər olacaq

Bakı şəhəri Nərimanov rayonunda yerləşən Atatürk parkının yenidən qurulması layihəsi çərçivəsində ərazidə yeni su xətləri çəkilir. SİA “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin məlumatına istinadən xəbər verir ki, bununla əlaqədar 24 aprel 2019-cu il tarixində gün ərzində Nərimanov rayonunun Atatürk parkına yaxın ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə