“Azeri Light”ın bir barreli 74,50 dollara satılır

Azərbaycan neftinin qiyməti sabit qalıb. SİA xəbər verir ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti dəyişməyərək 74,50 dollar təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti 2001-ci ilin dekabrında minimuma enərək 19,15 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

Bütün xəbərlər Facebook səhifəmizdə