"AtaBank" “Həyat naminə qan ver” aksiyasını keçirdi (VİDEO/FOTO)

19 aprel 2019-cu il tarixində bankın əməkdaşları könüllü qanvermə aksiyasında iştirak ediblər. Bankın Azadlıq pr. 124 ünvanında yerləşən ofisində Mərkəzi Qan Bankının peşəkar tibb kollektivi donorların sağlamlıq vəziyyətini yoxlayaraq qangötürmə əməliyyatını həyata keçiriblər.

“Həyat naminə qan ver” şüarı altında keçən qanvermə aksiyası hemofiliya və talassemiyadan əziyyət çəkənləri qanla təmin etmək məqsədi daşıyır.

Qeyd edək ki, toplanan qan laboratoriyada müayinə edildikdən sonra istifadə olunacaq.

Biznesin İnkişafı Departamentinin direktoru Oruc İbrahimovun sözlərinə görə, AtaBank olaraq korporativ idarəetmə standartları çərçivəsində cəmiyyət, müştərilər və öz işçiləri qarşısında olan korporativ sosial məsuliyyətinə daim önəm veririk və gələcəkdə bu cür tədbirlərin ənənəvi hal alması üçün çalışacağıq.

25 ildən artıq fəaliyyət göstərən “AtaBank” ASC müasir və universal Azərbaycan bankıdır. Bank Bakıda və ölkənin müxtəlif regionlarında korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.

Bütün xəbərlər Facebook səhifəmizdə