Dünyanın ən “talehsiz” iqtisadiyyata malik olan ölkələr

Bloomberg agentliyi dünyanın ən “talehsiz” iqtisadiyyatına malik ölkələrin reytinqini açıqlayıb. SİA-nın xəbərinə görə, reytinqdə ilk yeri Venesuela tutub. 5 ildir reytinqdə liderliyini əldən verməyən Venesuelanın 2016-cı ildən rəsmi iqtisadi statistikası dərc edilmir. Bu baxımdan Bloomberg analitikləri hesab edir ki, 2019-cu ildə bu ölkədə inflyasiya 8 milyon faizə çatacaq.

Reytinqin ikinci pilləsində Argentina, üçüncü yerdə isə Cənubi Afrika qərarlaşıb. Ukrayna altıncı yerdədir. Reytinqin ən “xoşbəxtləri” Tayland, Sinqapur İsveçərdir.

Qeyd edək ki, reytinq ölkələrdə inflyasiya və işsizlik səviyyəsinə dair məlumatlar əsasında hesablanır: göstəricilərin nə qədər aşağı olması, əhalinin daha xoşbəxt olması. Bu il sıralama statistik məlumatlara görə deyil, ilk növbədə iqtisadçıların sorğusu əsasında tərtib edilib. Bloomberg Misery Index, 62 ölkə üçün hesablanır.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə