I rübdə BTC ilə 8,1 milyon ton neft daşınıb

Cari ilin ilk rübündə Azərbaycandakı magistral neft kəmərləri ilə 10 milyon 5,4 min ton neft nəql olunub. Dövlət Statistika Komitəsindən SİA-ya bildirilib ki, nəqletmənin 81,5 faizi Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri (BTC) ilə həyata keçirilib və yanvar-mart aylarında bu kəmərlə 8 milyon 150,2 min ton neft nəql edilib. Üç ayda BTC ilə 1 milyon 185,2 min ton tranzit nefti də ötürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...