Azərbaycan-Avstriya işgüzar görüşü keçirilib

Bakıda İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Avstriya işgüzar görüşü keçirilib. SİA AZPROMO-nun məlumatına istinadən xəbər verir ki, energetika, maşınqayırma, İKT, qida, bank, əczaçılıq və digər sahələrdə fəaliyyət göstərən 20-dən çox avstriyalı iş adamı görüşdə iştirak edib.

Ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühiti barədə məlumat verən AZPROMO-nun rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev, avstriyalı iş adamlarını bu imkanlardan yararlanmağa və azərbaycanlı sahibkarlarla fəal əməkdaşlığa dəvət edib.

Avsrtiya Federal İqtisadiyyat Palatasının Türkiyə, Azərbaycan və Gürcüstan regionu üzrə xarici iqtisadi əlaqələr nümayəndəsi Georg Karabaczek görüşün işgüzar dairələri arasında əlaqələrinin genişləndirilməsində əhəmiyyətini vurğulayıb. G.Karabaczek səfərin məqsədinın də Azərbaycan və Avstriya iş adamları arasında əlaqələrin genişləndirilməsi, Azərbaycanın investisiya mühiti və biznes imkanları ilə yaxından tanışlıq olduğunu bildirib.

Azərbaycanın investisiya imkanları barədə iştirakçılara təqdimat keçirilib.

Sonda avstriyalı iş adamlarını maraqlandıran suallar cavablandırılıb, müzakirələr aparılıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə