Mövsümlə bağlı bazara çıxarılan kartof, soğan və kələmin miqdarının artması, eyni zamanda bununla əlaqədar olaraq bu məhsulların daha da ucuzlaşacağı gözlənilir. SİA xəbər verir ki, bu barədə İqtisadiyyat və Kənd Təsərrüfatı nazirliklərinin birgə məlumatında deyilir.

Məlumatda martın sonunda və aprelin əvvəlində kartof, soğan və kələmin qiymətində ciddi artım müşahidə olunduğu bildirilir. Eyni zamanda bildirilir ki, daxili bazarın tənzimlənməsi və qiymətlərin sabitləşməsi məqsədilə kartof, soğan və kələmin ixracına müddətli rüsumun tətbiqi, soğan idxalına spesifik rüsumun may ayının 31-dək ləğv edilməsi, həmçinin faraş kartof, soğan və kələmin satışa çıxarılması nəticəsində bazarda bu məhsulların təklifi artıb və aprelin ikinci ongünlüyündən başlayaraq qiymətlərdə ucuzlaşma müşahidə edilir.

Belə ki, artıq kartofun 1 kiloqramı bazarlarda 0,70 manatdan, marketlərdə 0,79 manatdan, soğanın 1 kiloqramı bazarlarda 0,70 manatdan, marketlərdə 1,09 manatdan, kələmin 1 kiloqramı bazarlarda 1 manatdan, marketlərdə isə 1,29 manatdan başlayan qiymətlərlə təklif olunur. Qeyd edək ki, bu qiymətlər əvvəlki qiymətlərlə müqayisədə əhəmiyyətli dərəcədə aşağıdır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə