Neft istehsalı 0,4 faiz, əmtəəlik qaz hasilatı isə 36 faiz artıb

Ölkədə neft hasilatı 0,4 faiz, əmtəəlik qaz istehsalı isə 36 faiz artıb. Dövlət Statistika Komitəsindən SİA-ya bildirilib ki, sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən bu ilin yanvar-mart aylarında 11,5 milyard manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,4 faiz çox sənaye məhsulu istehsal edilib.

Sənaye məhsulunun 71,7 faizi mədənçıxarma sektorunda, 4,8 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Mədənçıxarma sektorunda neft istehsalı 0,4 faiz, əmtəəlik qaz hasilatı isə 36 faiz artıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 3,2 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 9,3 faiz çoxalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə