Səudiyyəli nazir: "Azərbaycan digər ölkələr üçün nümunədir"

Azərbaycan neft hasilatının azaldılması üzrə OPEK+ sazişinin digər iştirakçı ölkələri üçün nümunədir.

Trend-in məlumatına görə, bunu Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Əl Falih Bakıda keçirilən OPEK və qeyri-OPEK ölkələrinin Nazirlərinin Birgə Monitorinq Komitəsinin 13-cü iclasının yekunlarına dair mətbuat konfransında deyib.

Nazir bildirib ki, söhbət təkcə həcmdən deyil, Azərbaycanın çox fəal iştirakından da gedir: "Əminəm ki, Azərbaycan xüsusilə OPEK+ xartiyasının təsdiq olunmasından sonra hər zaman razılaşmanın liderlərindən biri olacaq. Biz həmişə yeni iştirakçıları alqışlamaqdan şadıq və ümid edirik ki, Azərbaycan bizə yeni ölkələri cəlb etməkdə kömək edəcək".

Əl Falih vurğulayıb ki, Səudiyyə Ərəbistanı hər zaman Azərbaycanla müxtəlif iqtisadi istiqamətlərdə əməkdaşlığa maraq göstərir.

Bütün xəbərlər Facebook səhifəmizdə