Bu yolda hərəkət məhdudlaşdırılacaq

Aparılan təmir-tikinti işləri ilə əlaqədar olaraq mart ayının 16-dan 17-nə keçən gecədən etibarən 18-i axşam saatlarınadək Binəqədi rayonu, Biləcəri qəsəbəsi Ordubadi küçəsi ilə avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən SİA-ya bildirilib ki, sadalanan ərazilərdə nəqliyyat sıxlığının yaranmaması üçün sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə