Kür çayının üzərindən keçən körpünün təmirdən sonra açılışı olub

Salyan rayonunda Kür çayının üzərindən keçən körpünün açılış mərasimi baş tutub. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, 25 il bundan əvvəl tikilib istifadəyə verilən körpü ötən il iyun ayının 1-dən əsaslı təmirə dayandırılmışdı. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) nəzarəti ilə yenidən qurulan körpü bu gündən vətəndaşların istifadəsinə verilib.

Açılış mərasimində AAYDA-nın İdarə Heyətinin sədri Saleh Məmmədov, Rayon İcra Hakimiyyətinin nümayəndələri və millət vəkilləri iştirak ediblər.

Qeyd edək ki, yeni istifadəyə verilən körpü İran istiqamətində əsas avtomobil yollarından birində yerləşir. Uzunluğu 316, piyada keçidləri ilə birlikdə eni 12 metr olan körpü 6 aşırımlıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə