Bolqar nazir: "Cənub Qaz Dəhlizi" bütün Aİ-nin enerji təhlükəsizliyini möhkəmləndirəcək

Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan “Cənub Qaz Dəhlizi” layihəsi bütün Avropa İttifaqının (Aİ) enerji təhlükəsizliyini möhkəmləndirəcək.

Trend-in məlumatına görə, bunu Bolqarıstanın energetika naziri Temenujka Petkova Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısında deyib. Nazirin sözlərinə görə, Bolqarıstanın üstünlüyü “Cənub Qaz Dəhlizi”nin Cənub-Şərqi Avropadan keçməsidir:

“Bu təkcə ölkəmizin yox, həm də bütün Aİ-nin enerji təhlükəsizliyini möhkəmləndirəcək. Bolqarıstan “Cənub Qaz Dəhlizi”nin ayrılmaz hissəsidir və təbii qaz mənbələrinin və tədarük marşrutlarının real şaxələndirilməsini təmin edən qaz layihələri üzərində işləməkdə davam edəcək”.

Bütün xəbərlər Facebook səhifəmizdə