Cənub Qaz Dəhlizi layihəsində Azərbaycanın rolu bir daha təsdiqlənib

Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin V iclasında iştirak edən ölkələr tərəfindən imzalanan birgə bəyannamədə strateji əməkdaşlıq vurğulanıb və Azərbaycanın layihədəki rolu bir daha təsdiqlənib. SİA xəbər verir ki, bunu Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin V iclasından sonra keçirilən mətbuat konfransında energetika naziri Pərviz Şahbazov bildirib.

Nazir bildirib ki,Azərbaycan Prezidenti Cənub Qaz Dəhlizi çərçivəsində görülən işləri yüksək qiymətləndirib.
Energetika nazirinin sözlərinə görə, bu il iştirakçı ölkələrin sayı artıb və bu il iclasda 17 ölkə iştirak edib, Macarıstan,Serbiya və San-Marino ilk dəfə qatılıb: "Bu da layihəyə marağın artdığını göstərir. Cənub Qaz Dəhlizinə daxil olan layihələrin üçü- "Şahdəniz-2", Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi, Trans-Anadolu Boru Kəmərinin (TANAP) Türkiyəyə qaz çatdırılan hissəsi üzrə işlər yekunlaşıb, Avropaya Azərbaycan qazını nəql edəcək Trans-Adriatik Boru Kəməri (TAP) üzrə işlərin 85%-i yekunlaşıb".

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə