Azərbaycanda aqrar sektor 2%-dən çox böyüyüb

Bu ilin yanvar ayında Azərbaycanda kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 313,1 mln. manat təşkil edib ki, onun da 11,5 mln. manatı bitkiçilik, 301,6 mln. manatı isə heyvandarlıq məhsullarının payına düşüb.

"Report" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Məlumata görə, son 1 ildə aqrar sektor 2,4% böyüyüb. O cümlədən bitkiçilik məhsullarının istehsalı 43,6%, heyvandarlıq məhsullarının istehsalı üzrə isə 1,2% artıb.

Bütün xəbərlər Facebook səhifəmizdə