Türkiyə Aralıq dənizində neft və qaz axtarışına başlayacaq

Türkiyə Aralıq dənizində neft və qaz axtarışına başlayacaq. Trend-in məlumatına görə, bunu Türkiyənin energetika və təbii resurslar naziri Fatih Dönməz deyib. Nazir bildirib ki, tədqiqat işlərinin aparılması məqsədilə fevralın 20-də seysmik kəşfiyyat gəmisi göndəriləcək.

F.Dönməz vurğulayıb ki, hər il iki quyunun qazılması və seysmik kəşfiyyat işlərinin aparılması planlaşdırılır. Qeyd edək ki, bundan əvvəl Türkiyənin 2019-cu ilin ortalarınadək Qara dənizdə neft və qaz axtarışından nəticə əldə edəcəyinə ümid etdiyi bildirilirdi.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...