ABŞ tezliklə liderliyini itirəcək və 2030-cu ilə qədər ümumdaxili məhsulun səviyyəsinə görə dünya ölkələri reytinqində 3-cü yerə enəcək.

Axar.az xəbər verir ki, bu iddia ilə Britaniyanın “Standart Chartered” analitik şirkəti çıxış edib. Şirkət 2020-ci ildə ilk pilləyə Çinin çıxacağını bildirib. 2030-cu ilə qədər Çinin ümumdaxili məhsulunun 64,2 trilyon dollara çatacağı vurğulanıb. Ondan sonrakı yeri isə 46,3 trilyon dollarla Hindistanın tutacağı və ABŞ-ın yalnız 31 trilyonla üçüncü yerdə qərarlaşacağı bildirilib.

Analitik şirkət liderlər sırasına həmçinin İndoneziya (10,1 trilyon), Türkiyə (9,1 trilyon), Braziliya (8,6 trilyon), Misir (8,2 trilyon), Rusiya (8 trilyon), Yaponiya (7,2 trilyon) və Almaniyanın (7 trilyon dollar) da düşəcəyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə