Çin İrana 3 milyard dollarlıq müqavilə təklif edib

Çinin dövlət şirkəti olan “Sinopec” İrana neft yataqlarının işlənilməsi üçün 3 milyard dollarlıq müqavilə təklif edib. Bu barədə “Vol Strit Jurnal” məlumat yayıb. Çin yeni müqaviləni İranın İraqla sərhədində yerləşən “Yadavaran” yatağının istismarıyla bağlı mövcud kontrakt çərçivəsində təklif edib. Rəsmi Pekin təklif edilən müqavilənin ABŞ sanksiyalarını pozmadığını iddia edib.

Qeyd edək ki, “Yadavaran” dünyanın ən zəngin neft yataqlarından biridir. Yataqda neft ehtiyatı 31 milyard barrel həcmində qiymətləndirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə