Keçən ay qlobal neft tədarükü azalıb OPEC

Ötən ilin dekabrında qlobal neft tədarükü noyabr ayı ilə müqayisədə 350 min barrel azalaraq gündəlik 100 milyon 20 min barrel olub. SİA xəbər verir ki, bu barədə Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) aylıq hesabatında deyilir.

Bildirilir ki, dekabrda qeyri-OPEC ölkələri üzrə neft istehsalı isə 400 min barrel artaraq sutkalıq 68 milyon 440 min barrelə çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə